
Bina 570 m2 sahədən ibarətdir. Yeraltı mərtəbədə idman zalı, texniki və yardımçı sahələr yerləşdirilmişdir. İki yerüstü və terrasa mərtəbəsində isə yaşayış, istirahət və iş otaqları nəzərdə tutulmuşdur. Binanın memarlıq-planlaşma həlli və fasad tərtibatı sifarişçinin istəyinə əsasən renessans üslubunda yerinə yetirilmişdir.